Bosniya və Herseqovinanın iki qurumundan biri olan Serb Respublikası prezidenti Milorad Dodik bildirib ki, Bosniya və Herseqovina Kosovonun müstəqilliyini tanımasına “heç vaxt” imkan verməyəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Dodik bildirib ki, Serb Respublikası əsrlər boyu serblərin yaşadığı bölgədir:
"Eynilə Kosovoda yaşayan serblər kimi. Sonra kimsə gəlib Serbiyanın ürəyi ilə oynayıb albanları yerləşdirdi”.