Naxçıvan gömrüyündə yeni əməliyyat: Rəis HƏBS OLUNDU

16:20 - 2 Dekabr 2022

Naxçıvan gömrüyündə yeni əməliyyat: Rəis HƏBS OLUNDU

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük İdarəsində keçirdiyi əməliyyat davam edir.

 

Manset.az xəbər verir ki, bununla bağlı axar.az məlumat yayıb.

Onun sözlərinə görə, İranla sərhəddəki gömrük idarələrindən birinin rəisi və əməkdaşları saxlanılıb və istintaqa cəlb ediliblər.

Qeyd edək ki, DTX-nin Naxçıvan Gömrük Komitəsində apardığı əməliyyat zamanı ilk olaraq 132 milyon manatlıq korrupsiya faktı ortaya çıxmışdı. Bundan sonra Prezidentin sərəncamı ilə Naxçıvan Gömrük Komitəsi ləğv edildi və onun bazasında DGK-nın Naxçıvan Baş İdarəsi yaradıldı.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin