Daha bir tanınmış jurnalist yüksək vəzifəyə təyin edildi - FOTO

16:01 - 2 Dekabr 2022

Daha bir tanınmış jurnalist yüksək vəzifəyə təyin edildi - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müvafiq əmri ilə qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, həmin vəzifəyə tanınmış jurnalist İlkin Kərimov təyin edilib.

Qeyd edək ki, 16 ildən artıq jurnalistika təcrübəsinə malik olan İlkin Kərimov “ANS TV”, “ASAN Radio” və digər media qurumlarında müxbir, aparıcı, baş redaktor vəzifələrində çalışıb.

Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə telejurnalist Aysel Fərziyeva çalışıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin