<

Alman aviaşirkəti yəhudilərə 2,7 milyon dollar ödəyəcək

15:47 - 2 Dekabr 2022

Alman aviaşirkəti yəhudilərə 2,7 milyon dollar ödəyəcək

Almaniyanın “Lufthansa” aviaşirkəti yəhudi sərnişinləri təyyarəyə mindirməkdən imtina etdikdən sonra 2,7 milyon dollar təzminat ödəməyə razılaşıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aviaşirkət 2022-ci il mayın 4-də Frankfurtda 100-dən çox kişi yəhudinin uçuşa buraxılmaması hadisəsindən sonra antisemitizmdə ittiham edilib.

Həmin hadisədə bir neçə nəfər yəhudinin aviaşirkətin üz maskası tələbinə əməl etməkdən imtina etdiyinə görə 100-dən çox yəhudinin təyyarəyə alınmadığı bildirilib.

Lufthansa mayın 10-da açıqlama verərək, "LH 1334 reysi ilə sərnişinlərin buraxılmaması qərarına" görə üzr istəyib:

“Tələblərə cavab verməyən qonaqlarla məhdudlaşdırmaq əvəzinə, böyük qrupu təyyarəyə buraxmağa icazə verilmədiyi üçün təəssüf edirik. Baş verənlər Lufthansa-nın siyasətləri və ya dəyərlərinə uyğun gəlmir. İrqçiliyə, antisemitizmə və hər cür ayrı-seçkiliyə tolerant yanaşırıq”.

Ödəniş prosesi başlayıb və zərər çəkmiş 130 sərnişinin hər birinə 21 min dollar ödəniləcək. Bu da, hüquqi ödənişlər çıxılmaqla təxminən 17,400 dollara bərabər olacaq.

 


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin