<

Yanağından ağcaqanad dişlədi, soxulcan çıxdı – ŞOK HADİSƏ

15:29 - 2 Dekabr 2022

Yanağından ağcaqanad dişlədi, soxulcan çıxdı – ŞOK HADİSƏ

Rusiyada həkimlər ağcaqanad dişləyən qadının yanağından 12 santimetrlik qurd çıxarıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 51 yaşlı qadın yanaq nahiyəsində şişlik və qaşınma şikayətləri ilə Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Lyubertsı qəsəbəsində xəstəxanaya müraciət edib.

Müayinədən sonra həkimlər xəstədə xoşxassəli şiş olduğundan şübhələniblər və şişi götürmək qərarına gəliblər.

Üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Sergey Qrevtsev: "Yerli anesteziya altında kəsik etdikdən sonra çatın qalınlığında qurd başı tapdıq. Qurdun fəaliyyəti ilə qadının yanağında iltihabi proses baş verib və nəticədə qaşınma yaranıb. Şişmiş nahiyəni kəsdik və 12 sm uzunluğunda qurdu çıxardıq" – deyib.

Qrevtsev belə bir hadisə ilə on illik cərrahi təcrübədə ilk dəfə rastlaşdığını bildirib.

Helmintoza yoluxmuş ağcaqanad qadını dişlədikdən sonra parazit onun yanağına yerləşib.

Səhiyyə Nazirliyi açıqlamasında bildirib ki, ev heyvanları da bu infeksiyanı daşıya bilər.

 


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin