Prezident İlham Əliyev Almaniyada işgüzar səfər etdi - FOTO
26 Aprel 2024
14:17 - 2 Dekabr 2022
Almaniyadakı xəstəxanalardan birində 72 yaşlı qadının otaq yoldaşının respiratorunu iki dəfə söndürdüyü iddiası ilə həbs edildiyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, prokurorluq və polisin verdiyi birgə açıqlamaya görə, şübhəli qadın 79 yaşlı otaq yoldaşının respiratorunu “səsdən narahat olduğu üçün” söndürüb.
Xəstəxana işçiləri dərhal müdaxilə edərək xəstəyə oksigen verilməsinin həyati əhəmiyyət daşıdığını bildiriblər.
Lakin sonrakı saatlarda yaşlı qadın yenidən süni nəfəs aparatına müdaxilə edib.
72 yaşlı şübhəli qadın adam öldürməyə cəhddə ittiham olunur.
Səlahiyyətlilər, süni nəfəs aparatı söndürülən xəstənin müdaxilə ilə həyata qaytarıldığını bəyan ediblər.
Həyati təhlükəsi olmayan xəstənin reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin