<

Bu şəxslər gələn ildən maaşlarına əlavələr alacaqlar

13:43 - 2 Dekabr 2022

Bu şəxslər gələn ildən maaşlarına əlavələr alacaqlar

Gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində vəzifə maaşlarına əlavə alacaqlar.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Hazırda miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Eyni zamanda miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilə bilər. Layihəyə əsasən, 2023-cü il yanvarın 1-dən bu maddələr qüvvədən düşəcək. Başqa sözlə, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilməyəcək, hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilməyəcək.

Qanun layihəsi Milli Məclisdə qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin