Onlar sülhməramlı deyil, erməniyanlı qüvvələrdir - Deputat

13:26 - 2 Dekabr 2022

Onlar sülhməramlı deyil, erməniyanlı qüvvələrdir - Deputat

“Bu gün Rusiya da Azərbaycana qarşı siyasət yürüdür. Bir tərəfdə Putinin imzası olan üçtərəfli bəyanat, ikinci tərəfdə Lavrovun Azərbaycana qarşı bəyanatları var. Digər tərəfdən, Rusiya sülhməramlı qüvvələrinin komandanı elə səlahiyyətli adam deyil ki, özbaşına hərəkət etsin. Əslində, onlar sülhməramlı deyil, erməniyanlı qüvvələrdir”.

 

Manset.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, biz Laçın dəhlizində öz nəzarət postumuzu yaratmalıyıq.

O, İranın Fransa kimi Azərbaycana qarşı əks-təbliğat kampaniyasının davam edəcəyini də vurğulayıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin