FHN qanunsuz tikintilərin qarşısını aldı - VİDEO

12:50 - 2 Dekabr 2022

FHN qanunsuz tikintilərin qarşısını aldı - VİDEO

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

 

Manset.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktları aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyektlərin sökülməsi təmin edilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin