Nazir Bakının polis rəisinə yeni köməkçi TƏYİN ETDİ - FOTO

12:12 - 2 Dekabr 2022

Nazir Bakının polis rəisinə yeni köməkçi TƏYİN ETDİ - FOTO

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis polkovniki Oktay Süleymanlı vəzifəsindən azad edilib. O.Süleymanlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılovun şəxsi heyət üzrə böyük köməkçisi təyin olunub.

Qeyd edək ki, O.Süleymanlı peşəkar karyerası dövründə daha çox Əkbər İsmayılovla birgə çalışıb. 2019-cu ildə Ə.İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edildikdən bir ay sonra Oktay Süleymanlı da Binəqədi RPİ-dəki müavin postundan çıxarılaraq Gəncənin rəis müavini təyin edilib. Həmin zaman O.Süleymanlı həm də "Gəncə hadisələri”ndə şəhid olan polis polkovniki İlqar Balakişiyevi əvəz edib. 

Növbəti təyinat zamanı Əkbər İsmayılov 2020-ci il noyabr ayında Gəncədəki vəzifəsindən azad edilərək Bakı polisinə rəis təyin edilib. Bundan bir ay sonra, dekabrda Oktay Süleymanlı da Gəncə polisindəki müavin vəzifəsindən çıxarılıb və Bakının Qaradağ Rayon Polis İdarəsində eyni vəzifəyə yeri dəyişdirilib.

Fotoda: Əkbər İsmayılov

Fotoda: Oktay Süleymanlı


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin