<

Leyla Əliyevanın 14 yaşlı əkiz övladlarının AD GÜNÜNDƏN GÖRÜNTÜLƏR - VİDEO

10:38 - 2 Dekabr 2022

Leyla Əliyevanın 14 yaşlı əkiz övladlarının AD GÜNÜNDƏN GÖRÜNTÜLƏR - VİDEO

Ötən gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə müğənni-bəstəkar Emin Ağalarovun əkizləri Əli ilə Mikayılın doğum günü olub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Leyla Əliyeva instaqram hesabında bildirib.

O, paylaşıma "Əli və Mikanı təbrik edirəm! Belə oğullara görə Rəbbimə şükür edirəm! Allah bütün övladlara cansağlığı versin! Hamınıza təşəkkür edirəm" sözlərini də əlavə edərək övladlarının yeni yaşı münasibətilə təbrik edib.

Emin Ağalarov da bu haqda şəxsi instaqramında paylaşım edib. O, əkiz övladları ilə arxiv fotolarını paylaşıb.

Xalq artisti şəkillərə "Ad günün mübarək, Əli və Mika! Çox xoşbəxt olun və həmişə yanınızdayam. Leyla, oğullarımız üçün sənə təşəkkür edirəm" sözlərini əlavə edərək övladlarına xoş sözlərini bildirib. 

Xatırladaq ki, Əli və Mikayıl Ağalarovlar 2008-ci il dekabrın 1-də ABŞ-da dünyaya göz açıblar.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by @baku.ws_official


Xəbər xətti

6 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin