<

Şəkidə ağac emalı sexində qanunsuzluq aşkarlandı

10:50 - 2 Dekabr 2022

Şəkidə ağac emalı sexində qanunsuzluq aşkarlandı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Şəki rayonu, Qoxmuq kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayon sakini Ramin Musayevə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 51,67 m3 həcmində işlik meşə materialı müəyyən edilib.

 

Bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib.

O qeyd edib ki, faktla bağlı akt tərtib olunub və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin