<

Azərbaycanda PARTLAYIŞ: Yaralılar var

09:57 - 2 Dekabr 2022

Azərbaycanda PARTLAYIŞ: Yaralılar var

Sabirabadda qaz partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Babayev Abdul Abusəməd oğlu və onun həyat yoldaşı 1970-ciil təvəllüdlü Babayeva Gültəkin Zəbulla qızı üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin