Bakıda yeniyetmə qızın hamilə olduğu məlum oldu

09:48 - 2 Dekabr 2022

Bakıda yeniyetmə qızın hamilə olduğu məlum oldu

Bakıda xəstəxanaya müraciət edən 15 yaşlı qızın hamilə olduğu müəyyən edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən, hadisə Sabunçu Tibb Mərkəzində (keçmiş 3 saylı şəhər xəstəxanası) baş verib. Xəstəxanaya müraciət edən Sabirabad rayon sakini Əminə Salayevanın (şərti ad) 14 həftəlik hamilə olması üzə çıxıb. Faktla bağlı ərazi üzrə 30-cu Polis Bölməsinə məlumat verilib. Hazırda araşdırmalar aparılır.

Qeyd edək ki, qanunvericiliyə görə, yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq cinayət əməli hesab edilir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin