<

Minik avtomobili evakuatora çırpıldı - FOTO

09:38 - 2 Dekabr 2022

Minik avtomobili evakuatora çırpıldı - FOTO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində köməkçi yolda qeydə alınıb.

“Toyota” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib. Minik maşını idarəetmədən çıxaraq yol kənarında hərəkətsiz dayanan evakuatora çırpılıb. Avtoqəza zamanı minik avtomobilinin sürücüsü xəsarət alıb.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. Avtotexniki eskpertiza təyin edilib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin