Ölkəmizdə zaman-zaman xüsusi xidmət orqanları tərəfindən yüksək ranqlı məmur həbslərinə şahidlik edirik. Ələxsus da, son dövrlərdə mənimsəmə, rüşvətalma kimi fəaliyyətlərdə ittiham olunan məmurlar bu əməllərinə görə cəzalandırırlar.
Müvafiq araşdırmaların nəticəsində bir sıra hallarda külli miqdarda vəsaitin mənimsəniləməsi halları üzə çıxır.
Manset.az xəbər verir ki, Bizim.Media bu günə qədər ölkəmizdə üzə çıxmış ən böyük mənimsəmə hallarını araşdırıb.
1. Eldar Həsənov
Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq Baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında məniməsənilməsi aşkar olunub.
2. Nizami Məmmədov
Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.
3. Mənsur Əsgərov
Noyabrın 25-də Bakı şəhəri Səbail rayon məhkəməsi xüsusi xidmət orqanları tərəfindən aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən M. Əsgərov 132 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur.
4. Rafael Əliyev
Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev xüsusi xidmət orqanları tərəfindən Naxçıvan Gömrük Komitəsində həyata keçirilən əməliyyatlarda həbs olunub. Həbs Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə icra edilib.
Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
5. Səlim Müslümov
2021-ci ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb. Keçmiş nazir 27 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunub.
6. Vilyam Hacıyev
İmişlinin sabiq icra başçısının mənimsəməkdə ittiham olunduğun məbləğ isə 8 milyon manatdır. Sabiq məmur külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma kimi qanunazidd əməllərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.
7. Alimpaşa Məmmədov
Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 7 milyon manata yaxın vəsaiti mənimsəmədə və rüşvətalmada ittiham olunub.
8. Əhməd Əhmədov
Naxçıvan MR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədov ötən il martın 8-də saxlanılıb. İyunun 17-də barəsində hökm oxunan sabiq nazir külli miqdarda mənimsəmədə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinib. Bir neçə gün öncə isə sabiq nazirin səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxıldığı ilə bağlı xəbərlər yayılıb.
9. Vüqar Səfərli
KİVDF-nin sabiq sədri Vüqar Səfərli 5,7 milyon manatı vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Dekabrın 21-də barəsində hökm oxunan Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, “KİVDF” işində PA-nın sabiq şöbə müdiri Əli Həsənov və onun ailə üzvlərinin də adı hallanıb.
Yüksək vəzifəli məmurların ən böyük mənimsəmə FAKTLARI
09:21 - 02 Dekabr 2022
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
24 Sentyabr 2026 - 10:55
"Haber Global" telekanalının 8 yaşı tamam olur
23 Sentyabr 2026 - 22:36
Rəqsanəyə AĞIR İTKİ - FOTO
24 Sentyabr 2026 - 10:14
Bu şəxslərin maaş və pensiyaları artırılır
23 Sentyabr 2026 - 22:11
Azərbaycan millisi qələbə qazandı - YENİLƏNİB
23 Sentyabr 2026 - 22:54
Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdi - YENİLƏNİB
24 Sentyabr 2026 - 09:25
Azərbaycan ictimaiyyətinə ağır itki - FOTO
23 Sentyabr 2026 - 23:34
Sumqayıtda ağır QƏZA - Yaralılar var
23 Sentyabr 2026 - 23:49
Leyla Əliyeva milli geyimdə - FOTO
24 Sentyabr 2026 - 00:02
Şəkidə 2 maşın toqquşdu - Ailənin 4 üzvü yaralandı
23 Sentyabr 2026 - 23:54
"Tacikistanla matçın ağır keçəcəyini gözləyirdik" - Ayxan Abbasov
24 Sentyabr 2026 - 16:20
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM (FOTO)
24 Sentyabr 2026 - 10:30
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Xəbər xətti
- 24 Sentyabr 2026
- 20:16 Xocavənddə yanğın başlayıb - VİDEO
- 19:51 Tramp Si Cinpinlə möhkəm dostluğu barədə danışdı
- 19:33 Səbinə Əliyeva Lənkəranda vətəndaşları qəbul etdi - FOTOLAR
- 19:12 Sabirabadda AĞIR QƏZA - Ölən və yaralanan var
- 18:52 SON DƏQİQƏ! Azərbaycanda deputat vəzifəsindən istefa verdi
- 18:49 Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
- 18:31 Putin Fransadakı səfiri vəzifəsindən azad etdi
- 18:14 Hazırda 17 yolda tıxac var - SİYAHI
- 17:58 "Formula 1" üzrə ikinci sərbəst yürüşdə qəza oldu
- 17:55 Rusiya 3 ölkəni hədəf alacaq - İDDİA
- 17:50 74 yaşlı Harvi Vaynşteyn 15 il müddətinə həbs edildi
- 17:43 Netanyahunun qalacağı otelin yaxınlığında kanalizasiyadan 3 nəfər çıxdı - Nyu-Yorkda gözlənilməz hadisə
- 17:42 Sumqayıtdan Xankəndiyə, Kəlbəcərdən Tərtərə avtobuslar açılır
- 17:37 ABŞ hərbi gəmisində qalmaqal - 8 dənizçi intihara cəhd etdi
- 17:28 DİN "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi
- 17:19 Avtobus alışıb yandı - 9 nəfər həlak oldu
- 17:15 Bakıda övladlarından imtina edən kişi həbs olundu
- 17:12 Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
- 17:07 Ər və arvad evdə ölü tapıldı - Qapıdakı yazı hər kəsi dəhşətə gətirdi
- 17:05 Adil Kərimli Naxçıvan şəhərində vətəndaşları qəbul etdi - FOTOLAR
- 16:57 "Qalatasaray"dan Osimhen müjdəsi - Bu oyunda meydana çıxacaq
- 16:50 İlıham Əliyev Fərman imzaladı
- 16:48 Səudiyyə Ərəbistanında təcili vəziyyət elan olundu
- 16:44 "Hər anı qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsi şanlı tariximizdir" - Vüqar Rəhimzadə
- 16:38 Türkiyədə böyük əməliyyat - 11 nəfər saxlanıldı
- 16:30 Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
- 16:24 Azərbaycançılıq ideyası ön planda - Milli ruh yaşadılır
- 16:20 Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM (FOTO)
- 16:11 Cəlilabadda 44 yaşlı qadın evində yandı
- 16:01 Qazaxda daha bir açıq ərazidə yanğın - VİDEO
- 15:56 XİN də Qazaxıstana başsağlığı verdi
- 15:49 Maşını cərimə meydançasına aparılan sürücülər bu qədər pul ödəyəcəklər
- 15:40 Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapıldı - Saxlanılan var
- 15:28 İran və BƏƏ arasında bütün uçuşlar dayandırıldı
- 15:20 Şıxəli Qurbanov küçəsində də avtobus zolağı salındı
- 15:12 Nəvəsini öldürərkən maqnitofonun səsini artırıb - Nənənin cinayətinin dəhşətli detalları
- 15:00 Millimiz Avropa çempionatında rekorda imza atdı
- 14:50 Ermənistandan Azərbaycana ixrac edilən məhsulun adı açıqlandı
- 14:42 Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu
- 14:36 Ərindən gizli evi bacısının adına keçirən qadın döyüldü
- 14:26 Bakcell-də hədiyyə mövsümü başladı
- 14:21 Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlandı
- 14:12 "Bir araya gəlib savaşı bitirək" - Zelenskidən Putinə DƏVƏT
- 14:08 Bakıda "Formula 1" rekordu - Xarici turistlərin sayı 16 mini keçdi
- 14:05 Mal əti bir az da bahalaşdı - 19-25 manat oldu
- 13:57 “İşğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların istismarı yeni iqtisadi imkanlar açır”
- 13:54 İran Prezidenti Vaşinqtona xəbərdarlıq etdi - “Güc dilini qəbul etmirik!”
- 13:52 ADY rəhbərliyi “InnoTrans 2026” sərgisində - FOTOLAR
- 13:41 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA
- 13:38 Göyçayda 3 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
- 13:31 Formula 1-in sərbəst yürüşündə “Mercedes”in pilotu birinci oldu