<

Azərbaycanda bu şəxslərin pensiyası artacaq - Yanvarın 1-dən (VİDEO)

09:13 - 2 Dekabr 2022

Azərbaycanda bu şəxslərin pensiyası artacaq - Yanvarın 1-dən (VİDEO)

Əlilliyin qiymətləndirilməsinin yeni qaydaları qüvvəyə mindikdən sonra təyin olunan pensiyanın məbləği də dəyişəcək. Yəni pensiyanın məbləği orqanizmin funksiyalarının pozulması faizindən asılı olacaq.

 

Manset.az xəbər verir ki, 2023-cü ilin yanvar ayının 1-də qüvvəyə minəcək yeni qaydalara əsasən, əlillik I, II və III qrup dərəcələndirilməsi əsasında aparılmayacaq.

Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov ''Xəzər Xəbər''ə deyib ki, yeni qaydalara görə əlillik orqanizm funksiyalarının pozulması faizinə uyğun təyin ediləcək. Yeni qaydalarda orqanizm funskiyaları 30 faizdən artıq pozulan şəxslərin əlilliyinin, xəstəliklərinin ağırlıq dərəcəsinə uyğun olaraq, 3 fərqli faiz aralığında müəyyən edilməsi nəzərdə tutulur.

Yeni qaydalara əsasən həmin şəxslərə təyin olunan pensiyanın məbləğinin əmək qabiliyyətinin itirilmə faizinə uyğun ödənilməsi mexanizmi müəyyən ediləcək. Başqa sözlə, əvvəlki qaydalarda eyni əlillik dərəcəsi olan şəxslərin sığorta göstəricilərinə görə hesablanan pensiya məbləğləri eyni idi.

Ancaq yeni qaydalara görə, orqanizmin funksiyalarının pozulması faizi artdıqca şəxslərə ödənən pensiya məbləğləri də artacaq.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin