<

“Rusiya sülhməramlıları müraciətlərimizə məhəl qoymur” - MN

23:25 - 1 Dekabr 2022

“Rusiya sülhməramlıları müraciətlərimizə məhəl qoymur” - MN

"Rusiya sülhməramlı kontingentinin tərəfimizdən edilən müraciətlərə məhəl qoymamasına təəssüf edirik".

 

Bu barədə Müdafiə Nazirliyi Manset.az-a bildirib.

"Növbəti dəfə bildiririk ki, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR.

Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarını qeyd edərkən yanlış ifadələrdən istifadə etməməyə çağırırıq.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 01.12.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert”, "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜ olduğunu xatırladırıq".


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin