Tələbələr arasında baş verən kütləvi dava ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ/VİDEO

21:54 - 1 Dekabr 2022

Tələbələr arasında baş verən kütləvi dava ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ/VİDEO

Gəncədə tələbələr arasında kütləvi dava ilə bağlı rəsmi açıqlama verilib.

 

Manset.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışı keçirilib.

Bu zaman oyunçular arasında mübahisə və sıxlıq yaranıb. Sözügedən video ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb, lakin buna baxmayaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları videodakı tələblər ilə söhbət aparıb və araşdırma zamanı məlum olub hər hansı bir xəsarət olmayıb.

Tələbələrlə profilaktiki söhbətlər aparılıb, araşdırmalar davam etdirilir.

***

Gəncədə tələbələr arasında kütləvi dava olub.

Manset.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə kütləvi davaya çevrilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Sözügedən davanın görüntülərini təqdim edirik:


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin