Rəsmi Bakıdan Fransaya NOTA
8 Noyabr 2024
22:16 - 18 Avqust 2021
Ölkəmizdə yay ənənəvi olaraq isti keçir. Bir qayda olaraq, 38-41 dərəcəyə çatan havanın temperaturu bu il daha da yüksəldi və belə vəziyyət bəzi vətəndaşların sağlamlığına təsirsiz ötüşmədi.
Manşet.az xəbər verir ki, kardioloq Zümrüd İsmayılbəyli Media.Az-la söhbətində anomal istilər zamanı ürək-damar və digər xroniki xəstəlikləri olan şəxslərin riayət etməli olduğu bir sıra vacib qaydaları açıqlayıb. Həkim isti hava şəraitində sağlamlığın qorunması üçün öz tövsiyələrini bölüşüb.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı yüksək temperaturda xüsusi risk altında olan insanların aşağıdakı kateqoriyalarını müəyyən edib:
Bunlar 65 yaşdan yuxarı yaşlılar, uşaqlar, xroniki xəstəliklərə malik (ürək xəstəlikləri, ruhi xəstəliklər və piylənmə), həmçinin sosial-iqtisadi vəziyyəti aşağı olan və açıq havada işləyən şəxslərdir.
"Ürək-damar çatışmazlığı olan xəstələrdə istiliyin tənzimlənməsi mexanizmləri pozulur. Sağlam insanlarda dərialtı damarların genişlənməsi və bədəndəki mayenin yenidən paylanması şəraitində orqanlarda qan axınının azalması, ürəyin susuzluq şəraitində daha sıx və daha tez işləməyə başlaması ilə kompensasiya edilir. Ürək xəstələrində isə ürək əzələlərinin daralma qabiliyyətinin azalması səbəbindən ürəyin imkanları məhdud olur. Əgər sağlam insanlar susuzluq problemini maye qəbul etməklə asanlıqla həll edirlərsə, ürək xəstələri üçün bu üsul keçərli deyil.
Belə ki, ürəyə həddindən artıq yük düşməsinin qarşısını almaq üçün belə xəstələrdə icazə verilən maye qəbulunun həcmi, bir qayda olaraq məhdudlaşdırılır. Bundan əlavə, bəzi xəstələr susuzluq prosesini sürətləndirə bilən sidikqovucular da qəbul edirlər. Bu səbəbdən, isti hava şəraitində ürək xəstələrinin özlərini həddən artıq istiləşmədən qoruması, sərin, kondisionerli otaqda olması xüsusilə vacibdir”, - deyə kardioloq bildirib.
O, ürək xəstəliyi də daxil olmaqla xroniki xəstəliklərin daha çox gün vurması riski altında olduqlarını da qeyd edib.
"Uzun müddət davam edən anomal istilik infarkt da daxil olmaqla xroniki xəstəliklərin dekompensasiyasına səbəb ola bilər. Əgər kimsə istidə olmaq məcburiyyətindədirsə, hər fürsətdə fasilə etmək, mağaza, alış-veriş mərkəzi, kafe və s. bu kimi sərin, kondisionerli məkanlara daxil olmalıdır. Və əlbəttə ki, qızıl qayda daha çox maye içmək, eyni zamanda da spirtli, çox şirin və soyuq içkilərdən uzaq durmaqdır”, - deyə həkim əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin