Merkel Baydenlə Əfqanıstandakı vəziyyəti müzakirə etdi

21:44 - 18 Avqust 2021

Merkel Baydenlə Əfqanıstandakı vəziyyəti müzakirə etdi

Almaniyanın federal kansleri Angela Merkel ABŞ Prezidenti Cozef Baydenlə Əfqanıstandakı vəziyyəti və vətəndaşların təxliyəsi məsələlərini müzakirə edib.

Manşet.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Kabil hava limanında Bundesver və ABŞ təhlükəsizlik qüvvələri arasında sıx əməkdaşlığa dair razılığa gəliblər.

A. Merkel Özbəkistan prezidenti Şavkat Mirziyoyevə də zəng edərək Almaniya vətəndaşlarının Əfqanıstandan çıxarılması zamanı göstərilən maddi -texniki dəstəyə görə təşəkkür edib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin