<

Tviterdə ən çox izləyicisi olan şəxs o olacaq

22:55 - 29 Noyabr 2022

Tviterdə ən çox izləyicisi olan şəxs o olacaq

Sosial media analitikləri tviterin sahibi İlon Maskın yanvarın 17-də tviterin bir nömrəli sosial media fenomeninə çevriləcəyini proqnozlaşdırırlar.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Maskın tviter hesabı hazırda ABŞ-ın keçmiş prezidenti Barak Obamanın hesabından (130 milyon) sonra 120 milyon izləyici ilə ikinci ən çox izlənən hesabdır.

“Social Blade” sosial media analitik firmasının statistik mütəxəssisləri Maskın tviteri almasından sonra onun izləyicilərinin sayının artdığını deyirlər.

Bildirilib ki, sosial media sənayesində heç vaxt belə bir vəziyyət olmayıb ki, platformanın baş direktoru da ən çox izlənən şəxs olsun.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin