ABŞ və İran yığmalarının start heyətləri açıqlandı- YENİLƏNİR

08:58 - 30 Noyabr 2022

ABŞ və İran yığmalarının start heyətləri açıqlandı- YENİLƏNİR

Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda ABŞ yığması olub. 

 

Manset.az  xəbər verir ki, amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.

Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb. 

Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.

00:00

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşırlar.

Manset.az xəbər verir ki, qarşılaşmada ilk hissə başa çatıb.

ABŞ yığması 1:0 hesabı ilə öndədir.

***

ABŞ hesabı açıb. Pulişiç 38-ci dəqiqədə fərqlənib.

***

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşırlar. 

Manset.az xəbər verir ki, oyun saat 23:00-da start götürüb. 

***

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda qarşılaşacaq İran və ABŞ yığmalarının start heyətləri açıqlanıb.

Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

İran: 1. Əlirza Beyrəvand, 23. Ramin Rezaean, 19. Məcid Hüseyni, 8. Mürtəza Pürəligənci, 5. Milad Məhəmmədi, 6. Səid Ezotalahi, 21. Əhməd Nurullahi, 3. Ehsan Həcisəfi, 9. Mehdi Taremi, 20. Serdar Azmun, 17. Əli Qulizadə

ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 20. Kemron Karter Viks, 13. Tim Rim, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8.Ueston Makkeni, 21. Timoti Vea, 24. Coşua Serjent, 10. Kristian Pulişiç

Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin