Bakıda ailənin 4 üzvü bıçaqlandı: ata və oğlu öldü - YENİLƏNDİ

23:20 - 29 Noyabr 2022

Bakıda ailənin 4 üzvü bıçaqlandı: ata və oğlu öldü - YENİLƏNDİ

Xəsarət alan daha bir nəfər, 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanda ölüb.

***

Noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın və oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Manset.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovdur. 

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin