Türkmənbaşıda Azərbaycan, Türkmənistan və Türkiyə 3 tərəfli sammiti keçiriləcək

21:50 - 29 Noyabr 2022

Türkmənbaşıda Azərbaycan, Türkmənistan və Türkiyə 3 tərəfli sammiti keçiriləcək

Bu il dekabrın əvvəlinə nəzərdə tutulan Azərbaycan, Türkmənistan və Türkiyə üçtərəfli sammitinin Türkmənbaşı şəhərində yerləşən "Avaza" milli turizm zonasında keçirilməsi planlaşdırılır.

 

Manset.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı bir sıra sazişlərin imzalanması nəzərdə tutulur. Həmçinin üçtərəfli görüş ərəfəsində Türkmənistanda energetika, nəqliyyat və xarici işlər nazirlərinin toplantısı baş tutacaq.

Qeyd edək ki, ötən gün Ankarada Türkiyə və Türkmənistanın xarici işlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri arasında siyasi məsləhətləşmələr keçirilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin