Xudatda 2 avtomobil toqquşdu: xəsarət alanlar var

20:46 - 29 Noyabr 2022

Xudatda 2 avtomobil toqquşdu: xəsarət alanlar var

Xudat şəhərinin Nabran körpüsü adlanan ərazisindən keçən hissəsində iki avtomobil toqquşub, xəsarət alanlar var.

 

Manset.az xəbər verir ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan vaxtı "Niva" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayon sakinləri, 1987-ci il təvəllüdlü Babayev Pərvin Nadir oglu, 1979-cu il təvəllüdlü Rəşidov Natiq Əlisultan oglu və 1977-ci il təvəllüdlü Rəşidov Vahid Əlisultan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

"VAZ-2107" markalı avtomobildə olan sürücü və sərnişinlər hamısı spirtli içkinin təsiri altında olublar.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin