“ABŞ təşəbbüslərimizə məhəl qoymadı” - Rusiya

20:40 - 29 Noyabr 2022

“ABŞ təşəbbüslərimizə məhəl qoymadı” - Rusiya

Amerika Birləşmiş Ştatları Rusiya ilə nüvə silahlarının təşviqi üzrə müqaviləyə əməl etməyib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov  jurnalistlərə açıqlaması zamanı bildirib.

Belə ki, ABŞ tərəfindən etinasız yanaşmanı görən Rusiya müqavilə üzrə görüşlərdən imtina edib.

Qeyd edək ki, ABŞ ilə SSRİ arasında 1991-ci ildə və Rusiya Federasiyası ilə 1993-cü ildə imzalanan Strateji Silahların Azaldılması Sazişlərinin (START 1 və START 2) davamı olan “Yeni START” sazişi iki ölkə arasında qüvvədə olan son nüvə sazişidir.

Müqavilə uzaqmənzilli nüvə başlıqları və raketlərə məhdudiyyətlər qoyur. 2011-ci il fevralın 5-də qüvvəyə minən 10 illik müqavilənin müddəti 2021-ci il fevralın 5-də başa çatıb.

Rusiya Prezidenti Vladimir Putin 2021-ci il yanvarın 29-da müqavilənin 5 il müddətinə uzadılması barədə qərarı imzalayıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin