Antalyada güclü yağışlar həyatı iflic etdi

20:08 - 29 Noyabr 2022

Antalyada güclü yağışlar həyatı iflic etdi

Türkiyənin Antalya vilayətinin bir neçə şəhəri güclü yağışlardan iflic olub.

 

Manset.az xəbər verir ki, bu barədə "Doğan" agentliyi məlumat yayıb.

Bəzi şəhərlərdə küçə və prospektləri su basıb, nəqliyyatın hərəkəti çətinləşib.

Kaputaş çimərliyi yaxınlığında yamaclardan dənizə axan palçıqlı su dənizi qəhvəyi rəngə boyayıb.

Şiddətli yağışla müşayiət olunan tufan Adrasan şəhərindən yan ötməyib.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin