ŞOK HADİSƏ: 4 tələbə yatdıqları yerdə bıçaqlanaraq ÖLDÜRÜLDÜ

19:26 - 29 Noyabr 2022

ŞOK HADİSƏ: 4 tələbə yatdıqları yerdə bıçaqlanaraq ÖLDÜRÜLDÜ

ABŞ-ın Aydaho Universitetindən 4 tələbənin gecə yuxusunda bıçaqlanaraq öldürülməsi çaxnaşma dalğasına səbəb olub. Polis bütün cəhdlərinə baxmayaraq, cinayətkarı tapa bilmir və tələbələr qatil tapılana qədər məktəbə qayıtmaqdan imtina edirlər.

 

Manset.az xəbər verir ki, Aydaho Universitetinin 4 tələbəsinin yuxuda bıçaqlanaraq öldürülməsi ABŞ-da şok dalğası yaradıb.

Yaşı 22-dən aşağı olan zərərçəkənlərin gecə saatlarında çöldə əyləndikləri müəyyən edilib. Gənclər kampusdan kənarda evlərinə qayıtdıqdan sonra gecə yarısı naməlum bıçaqlı hücumun qurbanı olublar.

Yerli polis cinayət yerində tapılan yüzlərlə dəlil və ipucunu nəzərdən keçirib, lakin iki həftə sonra nə qətl silahı, nə də şübhəli şəxs müəyyən edilib.

Öldürülən dörd tələbə evin ikinci və üçüncü mərtəbələrində tapılıb. Birinci mərtəbədəki iki otaq yoldaşı Bethany Funke və Dylan Mortensen dəhşətli hücumdan sağ çıxıblar. İki otaq yoldaşının niyə öldürülmədiyi və hücumlar zamanı yatıb-yatmadıqları hələ aydın deyil.

Funke və Mortensen polisə qətlin törədildiyi gecə çöldə olduqlarını və gecə saat 1-dən sonra evə qayıtdıqlarını söyləyiblər, lakin ikisi də indiyə qədər qətllərlə bağlı ictimaiyyətə açıqlama verməyib.
Son açıqlamalarında polis mindən çox ipucunu araşdırdıqlarını, 103 sübut topladıqlarını və 100-ə yaxın müsahibə apardıqlarını açıqlayıb.

Lakin təhlükəsizlik qüvvələrinin 2 həftə ərzində heç bir nəticə əldə etməməsi universitet tələbələrinin və valideynlərin məyusluğuna səbəb olub. Bir çox tələbə məktəbə qayıtmaqdan imtina edib.

Qətl qurbanları Madison Mogen və Kaylee Goncalves öldürülməzdən bir neçə saat əvvəl Twitch yayımında görünür.

Səlahiyyətlilər qatili tapmaq üçün qurbanlar olan 21 yaşlı Kayli Qonkalves, 21 yaşlı Madison Mogen, 20 yaşlı Xana Kernodle və 20 yaşlı Ethan Çapinin ətrafına baxış keçiriblər.

Cinayətkarın hətta qurbanlardan hər hansı biri ilə əlaqəsinin olub-olmadığı hələlik məlum deyil.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin