SOCAR Türkmənistanın neft-qaz şirkətləri ilə birgə əməkdaşlığı müzakirə etdi- FOTOLAR

19:20 - 29 Noyabr 2022

SOCAR Türkmənistanın neft-qaz şirkətləri ilə birgə əməkdaşlığı müzakirə etdi- FOTOLAR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2022-ci il noyabrın 29-da Türkənistanın “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov və “Türkmənnebit” Dövlət Konserninin sədri Quvanc Aqacanov ilə görüşüb.

 

Manset.az xəbər verir ki, görüşdə Azərbaycan və Türkmənistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Görüş çərçivəsində SOCAR ilə “Türkmənqaz” və “Türkmənnebit” Dövlət Konsernləri arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib,  tərəflər arasında xam neftin emalı, ticarəti, nəqli və digər sahələrdə əməliyyatların müvəffəqiyyətlə həyata keçirildiyi qeyd edilib.

Görüşdə, həmçinin mövcud və perspektiv imkanlar müzakirə edilib, birgə əməkdaşlığa dair müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin