"Axırıncı dəfə 60 il bundan əvvəl maşın sürmüşəm" - Ramiz Mehdiyev
29 Mart 2024
19:16 - 29 Noyabr 2022
Azərbaycanın Baş naziri Əli Əsədov ölkədə səfərdə olan Tatarıstan Prezidenti Rüstəm Minnixanov ilə görüşüb.
Bu barədə Manset.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Tatarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq bildirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.
Rüstəm Minnixanovun səfəri çərçivəsində Bakıda keçirilmiş Azərbaycan-Tatarıstan işgüzar forumunun əhəmiyyəti vurğulanıb. Tərəflər əmin olduqlarını bildiriblər ki, Azərbaycan ilə Tatarıstan arasında əməkdaşlıq bundan sonra da qarşılıqlı faydalı Azərbaycan-Rusiya tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin