Seneqal millisi pley-offa yüksəldi- YENİLƏNİR

21:05 - 29 Noyabr 2022

Seneqal millisi pley-offa yüksəldi- YENİLƏNİR

Seneqal millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

 

Manset.az xəbər verir ki,  Afrika təmsilçisi A qrupunun sonuncu - III turunda Ekvadorla üz-üzə gəlib. 

Qarşılaşma Seneqalın 2:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 44-cü dəqiqədə penaltidən İsmaila Sarr və 70-ci dəqiqədə Kalidu Kulibali vurub. Cənubi amerikalılarda isə Moises Kaysedo 67-ci dəqiqədə fərqlənib. 

Seneqal kollektivi 6 xalla qrup ikincisi kimi pley-offa yüksəlib və növbəti raundda B qrupunun lideri ilə görüşəcək. 

***

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda növbəti qol vurulub. 

Manset.az xəbər verir ki, Cənubi Amerika təmsilçisinin heyətində Moises Kaysedo 67-ci dəqiqədə bərabərlik qoluna imza atıb - 1:1. 

***

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda birinci hissə başa çatıb.

Manset.az xəbər verir ki, Afrika təmsilçisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

***

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda hesab açılıb. 

Manset.az xəbər verir ki, İsmaila Sarr 44-cü dəqiqədə penaltidən fərqlənməklə Afrika təmsilçisini önə keçirib. 

***

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyunu başlayıb.

Manset.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

 


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin