<

21 aylıq olarkən oğurlandı: Həqiqət 51 il sonra ortaya çıxdı

18:58 - 29 Noyabr 2022

21 aylıq olarkən oğurlandı: Həqiqət 51 il sonra ortaya çıxdı

ABŞ-da 21 aylıq olarkən evindən qaçırılan qadın 51 ildən sonra ailəsinə qovuşub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Highsmith ailəsi kiçik qızları Melissa'nın Texasdakı evlərindən özünü uşaq baxıcısı kimi təqdim edən bir qadın tərəfindən qaçırıldığını iddia edərək polisə müraciət edib.

1971-ci il avqustun 23-də baş verən hadisənin üstü uzun illərlə açıla bilməyib. Hazırda 53 yaşı olan qadın uşaqlığının təzyiq altında keçdiyini bildirib. Çölə çıxa bilməyən qadın bir müddət sonra evdən qaçıb.

İllərdir onu qaçıran və anası olduğunu iddia edən şəxsi görməyi dayandıran Melissa, bunu DNT testindən keçirirərək öyrənib.

Uşaqlığını izah edən Melissa, "Orada olanda uşaqlığım pis keçib. Çölə çıxıb oynamağıma icazə verilmirdi və məni həmişə gizlin saxlayırdılar. Əgər istəmirdisə, niyə mənə sahib oldular?" Maraqlandım” deyə bildirib.

Melisa Highsmith'in öz ailəsindən cəmi 10 dəqiqəlik məsafədə böyüdüyü də məlum olub.

DNT uyğunluğu Melisanın onların 48 yaşlı bacısı Rebekka olduğunu təsdiqlədikdən sonra; Viktoriya, 47; Şaron, 45; və 42 yaşlı Ceff qadını Facebook vasitəsilə tapıblar.

Melissanı qaçıran qadın cinayət məsuliyyətinə cəlb edilməyəcək. Texas qanununda 48 illik məhdudiyyət müddəti var.

Atası Jeff isə, "Biz onları Allaha buraxırıq. Biz inanclı insanlarıq və dualarımız sayəsində bunun gerçəkləşdiyinə inanırıq. Allah heyrətamizdir, istədiyi hər şeyi edə bilər" deyə bildirib.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin