Niderland 1/8 final mərhələsinə vəsiqə qazandı- YENİLƏNDİ

21:00 - 29 Noyabr 2022

Niderland 1/8 final mərhələsinə vəsiqə qazandı- YENİLƏNDİ

Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

 

Manset.az xəbər verir ki, Lui Van Qalın baş məşqçi olduğu komanda A qrupunun sonuncu - III turunda ev sahibi Qətər seçməsi ilə üz-üzə gəlib. 

Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 26-cı dəqiqədə Kodi Qakpo, 49-cu dəqiqədə Frenki de Yonq vurub.

"Narıncılar" 7 xalla qrup lideri kimi növbəti raunda yüksəlib. Niderland yığması pley-offda B qrupunda ikinci yeri tutan komanda ilə görüşəcək. 

***

Avropa təmsilçisinin heyətində Frenki de Yonq 49-cu dəqiqədə fərqi iki topa çatdırıb - 2:0. 

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyununda ikinci hissə başlayıb. 

Manset.az xəbər verir ki, Avropa təmsilçisi 1:0 hesabı ilə öndədir. 

Yeganə qolu 26-cı dəqiqədə Kodi Qakpo vurub. 

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyununda birinci hissə başa çatıb. 

Manset.az xəbər verir ki, Avropa təmsilçisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb. 

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyununda hesab açılıb. 

Manset.az xəbər verir ki, 26-cı dəqiqədə Kodi Qakpo Avropa təmsilçisini hesabda önə keçirib. 

***

Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyunu başlayıb.

Manset.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda üz-üzə gələcək Niderland və Qətər yığmalarının start heyətləri açıqlanıb.

Manset.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo

Qətər: 22. Meşal Barşam, 17. İsmael Mohammed, 2. Pedro Migel, 16. Bualem Xuki, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 6. Abdulaziz Hatem, 23. Assim Madibo, 10. Hasan Al Haydos, 19. Almoez Ali, 11. Akram Afif

Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin