ABŞ hərbçiləri Kabil hava limanında atəş açdılar

19:20 - 18 Avqust 2021

ABŞ hərbçiləri Kabil hava limanında atəş açdılar

Kabil Beynəlxalq Hava Limanında atəş səsləri eşidilib.

Bu barədə Manşet.az TASS-a istinadən xəbər verir.

Məlumata görə, atəş ABŞ ordusu tərəfindən hava limanına toplaşan kütləni dağıtmaq üçün açılıb.

Ölənlər və yaralananlar barədə məlumat verilmir.

Pentaqon sözçüsü Con Kirbi bildirib ki, birbaşa insanlara atəş açılmayıb.

Kirbi 4500 ABŞ əsgərinin hazırda Kabil hava limanında olduğunu təsdiqləyib və yaxın 24 saat ərzində daha yüzlərlə əsgərin gələcəyini qeyd edib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin