“Hubble” Kosmik Teleskopu qeyri-adi qalaktika birləşməsini görüntülədi – FOTO

17:27 - 29 Noyabr 2022

“Hubble” Kosmik Teleskopu qeyri-adi qalaktika birləşməsini görüntülədi – FOTO

Avropa Kosmik Agentliyi və NASA-nın rəhbərlik etdiyi Hubble Kosmik Teleskopu qeyri-adi qalaktikaların birləşməsini görüntüləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Arp-Madore 417-391” kimi tanınan birləşmə iki qalaktikadan ibarətdir.

Təxminən 671 milyon işıq ili uzaqlıqda Arp-Madore 417-391 Eridanos bürcündə yerləşir. İki qalaktika cazibə qüvvəsi səbəbindən halqayabənzər şəkildə bükülmüş görünür. Qalaktikaların nüvələri də yan-yana dayanır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az