FİFA-dan Portuqaliyanın ilk qolu ilə bağlı AÇIQLAMA

17:10 - 29 Noyabr 2022

FİFA-dan Portuqaliyanın ilk qolu ilə bağlı AÇIQLAMA

FİFA ötən gün Uruqvayla matçda Portuqaliyanın ilk qolunun müəllifi barədə açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, ali futbol qurumu topu qapıdan keçirən futbolçunun Kriştianu Ronaldo olmadığını bildirib.

 

Manset.az xəbər verir ki, açıqlama məlumatların topun üzərinə yerləşdirilən sensordan alındığı bildirilib: “Ronaldo ilk qol zamanı topa toxunuş etməyib. Bunun sübutu topun üzərində yerləşdirilən sensora həmin vaxt kənar müdaxilənin olmamasıdır. 500Hz İMU sistemi sayəsində biz bunu dəqiqləşdirmişik. Bu səbəbdən qolun müəllifi kimi Bruno Fernandeş qeyd edilib”.

Qeyd edək ki, ilk dəfə DÇ-də topların içərisinə yerləşdirilmiş sensorlardan istifadə edilir. Bu həm ofsayd qərarlarını, həm də kənardan görünməyən toxunuşları müəyyən etmək üçündür.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin