Çindən ABŞ hərbi gəmisinə XƏBƏRDARLIQ

17:15 - 29 Noyabr 2022

Çindən ABŞ hərbi gəmisinə XƏBƏRDARLIQ

Çin üzərində suverenlik iddia etdiyi Cənubi Çin dənizindəki arxipelaqda üzən ABŞ hərbi gəmisini təqib edərək xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin Xalq Azadlıq Ordusunun Cənub Cəbhəsi Komandanlığının sözçüsü Tian Junli, Çin qüvvələrinin Nanşa adaları ətrafında üzən ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəolunan raket kreyseri USS Chancellorsville-i izlədiyini açıqlayıb və təxliyyə edilməsi barədə xəbərdarlıq edib.

ABŞ-ı "bölgədə sülhə qarşı təxribatçı" olaraq xarakterizə edən Tian, ​​"ABŞ hərbçilərinin hərəkətləri Çinin suverenliyi və təhlükəsizliyinin ciddi şəkildə pozulması, eləcə də Cənubi Çin dənizində dəniz hegemonluğunun və militarizasiyanın təkzibedilməz sübutudur” - deyib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin