<

Lapid "İsrailin dostlarından" dəstək istəyir - 50-dən çox ölkəyə məktub göndərildi

17:03 - 29 Noyabr 2022

Lapid

İsrailin baş naziri Yair Lapid gələn ay Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında İsrailin Fələstin ərazilərini işğalı ilə bağlı keçiriləcək səsverməyə qarşı çıxmaq üçün bəzi ölkələrdən dəstək istəyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lapid 50-dən çox ölkənin liderlərinə məktub göndərərək, İsrailin Fələstini işğal etməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsindən şərh tələb edən qətnamə BMT Baş Assambleyasında səsverməsinin qarşısını almaq üçün Fələstin Muxtariyyəti üzərindəki təsir imkanlarından istifadə etməyə çağırıb.  

Lapid məktubunda səsvermənin qarşısını almaq cəhdi uğursuz olarsa, “İsrail İsrailin dostlarının İsrailin tərəfində olmasını və qətnamənin əleyhinə səs verməsini gözləyir” – deyə vurğulayıb.

O, "Bu qərar İsraili kənarlaşdırmaq, qanuni təhlükəsizlik narahatlıqlarımızı gözdən salmaq və varlığımızı legitimlikdən çıxarmaq üçün birgə səyin nəticəsidir" - əlavə edib.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin