Paşinyanın qardaşı avtomobil qəzasına düşdü

16:20 - 29 Noyabr 2022

Paşinyanın qardaşı avtomobil qəzasına düşdü

Ermənistanın Baş naziri Nikol Paşinyanın qardaşı Armen Paşinyan avtomobil qəzasına düşüb.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Armlur.am” portalı yayıb.

Məlumata görə, hadisə Malatiya-Sebastiya rayonunda baş verib. Belə ki, şəxsiyyəti hələ ki açıqlanmayan bir şəxs Paşinyanın qardaşını avtomobillə vurub. Sürücünün hadisə yerindən qaçmadığı bildirilir.

Qəza zamanı sınıq xəsarətləri alan Armen Paşinyan xəstəxanaya yerləşdirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az