Narkotik vasitənin təsiri altında olan şəxs sürücülük hüququnu itirdi

16:07 - 29 Noyabr 2022

Narkotik vasitənin təsiri altında olan şəxs sürücülük hüququnu itirdi

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən noyabrın 26-da Masallı rayonu ərazisində yerləşən postda “Opel” markalı avtomobil saxlanılıb. 

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, polis əməkdaşları tərəfindən sürücü, Sumqayıt şəhər sakini Azər Əhmədzadənin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib edilib. 

Masallı Rayon Məhkəməsinin qərarı ilə A.Əhmədzadə iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətinə inzibati qaydada həbs olunub.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin