Rusiyanın Çinə neft nəqli artdı - “Rosneft”

15:50 - 29 Noyabr 2022

Rusiyanın Çinə neft nəqli artdı - “Rosneft”

Rusiyanın neft şirkəti “Rosneft”in prezidenti İqor Seçin paytaxt Moskvada keçirilən “4-cü Rusiya-Çin Enerji Ticarət Forumu”nda çıxış edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Seçin, Rusiyanın Çinə neft nəqlinin ilin 10 ayında əvvəlki ilin eyni dövrünə görə  9,5 faiz artaraq 72 milyon tona çatdığını açıqlayıb.

Rosneft-in Çinin əsas neft tədarükçüsü olduğunu qeyd edən Seçin, Çinin ümumi neft tələbatının 7 faizinin Rosneft tərəfindən təmin edildiyini bildirib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin