Qətlə yetirilən idmançının atası: “Oğlumun başı deşik-deşik idi” - YENİLƏNDİ + FOTO/VİDEO

21:12 - 29 Noyabr 2022

Qətlə yetirilən idmançının atası: “Oğlumun başı deşik-deşik idi” - YENİLƏNDİ + FOTO/VİDEO

Şağan Oimpiya İdman Kompleksində qətlə yetirilən XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun atası danışıb.

 

Manset.az xəbər verir ki, Baku TV-yə danışan mərhumun atası Zəka Rüstəmov, Turanın onun ikinci övladı olduğunu bildirib.

“8-9 ildir cüdo ilə məşğul olurdu. Dostları mənə deyib ki, yarışdan çıxdıqdan sonra yoldaşı ondan ayaqqabılarını istəyib. Turan ayaqyalın olduğu üçün ayağlarını stolun üzərinə qoyub. Qətlə yetirən şəxs Turana ayağını aşağı salmasını deyərək təhqir edib. Başına 3-4 bıçaq girib. Oğlumun başı deşik-deşik idi”, - deyə Z.Rüstəmov qeyd edib.

 

***

Son zamanlar gənclərin ani ölümü ilə qarşılaşırıq. Kimisi yol qəzasında, kimisi cavanlaşan xəstəliklərdən, kimisi isə gözləmədiyi anda dünyasını dəyişir. O biri dünyaya 16 yaşında köçən Turan Rüstəmov da ölümü erkən yaşında görən gənclərdən biridir.

Xatırladaq ki, məlumatlara əsasən, o, Şağan İdman Olimpiya Kompleksində 19 yaşlı idmançı Ruslan Səfixanov tərəfindən söyüş üstündə öldürülüb.

”Tiktok”da Turana aid videolar trendə düşüb.

Manset.az xəbər verir ki, lent.az onların içərisində mərhumun sevgilisinin paylaşdığı görüntülərlə də qarşılaşıb. Adı E.H. olan həmin qızla əlaqə yaratdıb.

E.-in sözlərinə görə, o, mərhumun məzarına baş çəkmək üçün hər gün Mingəçevirdən Yevlaxın Salahlı kəndindəki məzarlığa gedir:

“Biz ötən il cüdo klubunda tanış olmuşuq. Sosial şəbəkə hesabımızda bir-birimizi izləyirdik. Bir gün məndən çox xoşlandığını, sevdiyini söylədi. Münasibətimiz çox gözəl irəliləyirdi. İlk sevgi saf olur deyirlər. Elə idi bizdə. Həmişə bir-birimizin yanında idik. Elə sevə-sevə də ayrılmışıq...

Sonuncu dəfə nəyinsə üstündə bərk dalaşıb əlaqəmizi kəsdik. Düzdür, mənimlə yenidən bərabər olmaq üçün cəhdlər edirdi. İstəmirdim, amma indi çox peşmanam. Həmin hadisə olanda dostlarım xəbər verdi mənə. Biləndə ki, Turan bıçaqlananda oradakı müəllimlər, insanlar heç bir şey etməyiblər, dəhşətə gəldim. Necə yəni heç kəs heç nə etmədi? Necə yəni göz görə-görə qarşısını almadılar? Videolara baxa bilmədim, ürəyim gəlmirdi. İndi baxıram və hələ də özümə gələ bilmirəm.

Hər gün ona baş çəkməyə Mingəçevirdən Yevlaxın Salahlı kəndinə gedirəm. Danışıram onunla, ölümü ilə barışa bilmirəm. Nə mən, nə də ailəsi. Bacısı ilə danışıram. Onların halını təsəvvür edin. Evdən Bakıya uşaq yola salıblar ki, yarışa getsin. Sağ-salamat göndərdikləri uşağın evə cənazəsi gəlir...”

E.-in və mərhumun yaxınlarının indi təsəllisi şəkillər, səs yazıları, xatirələr və qara torpaqdır. “Söyüş üstündə” həyatına son qoyulan Turan Rüstəmovun hekayəsi yarıda qırıldı, Allah onun yaxınlarına səbr versin...


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin