<

Həbsdə olan keçmiş icra başçısının vəziyyəti ağırlaşdı

15:07 - 29 Noyabr 2022

Həbsdə olan keçmiş icra başçısının vəziyyəti ağırlaşdı

Həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhəti pisləşib.

 

manset.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun vəkili Ceyhun Yusifov məlumat verib. Müdafiəçi qeyd edib ki, Mahir Quliyev həbs olunmamışdan 10 gün öncə kəskin infarkt keçirib: "Ürəyinə 3 ədəd stend qoyulub. Şəkərli diabet, ürək çatışmazlığı və hepatit C xəstəliyindən əziyyət çəkir. Həbsdə olduğu müddətdə koronavirusa yoluxub və 2 ay komada qalıb. Əlavə olaraq əməliyyat yoluyla boğazından dəlik açılıb trixastom aparatı qoyulub.

Bakıda Reabilitasiya Mərkəzində çənə sümüyünün cərrahi əməliyyatı olunub. Onkoloji şübhə olduğu üçün biopsiya alınıb. Hazırda vəziyyəti zəif və halsızdır. Təngnəfəslik, yüksək təzyiq, şəkər ve aşağı saturasiyayla xəstəxana şəraitində müalicələr alır”.

Qeyd edək ki, M.Quliyev 2020-ci il aprelin 29-da DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb. O, mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, səhhəti ilə əlaqədar olaraq cəzaçəkmə müəssəsinə köçürülə bilməyib.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin