16 yaşlı Turanın ölümündən istifadə edənlərə qohumlarından CAVAB: “Ölçü götürüləcək” -YENİLƏNDİ/FOTO

18:39 - 29 Noyabr 2022

16 yaşlı Turanın ölümündən istifadə edənlərə qohumlarından CAVAB: “Ölçü götürüləcək” -YENİLƏNDİ/FOTO

Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilən XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ailə yaxınları adından pul toplanmasına dair paylaşımlara qohumlarından reaksiya gəlib.

 

Manset.az xəbər verir ki, Turanın Oxu.Az-a açıqlama verən yaxınları bildiriblər ki, ailədən heç kimin maddi dəstəyə ehtiyacı yoxdur və bununla bağlı heç bir kampaniya başladılmayıb:

“Ailənin adından bir çox şəxslərə maddi durumun aşağı olması barədə mesajlar yazırlar. Pul istəyirlər. Turanın nə bacısının, nə də başqa bir ailə üzvünün maddi yardıma ehtiyacı var. Xahiş edirik, heç kim bu cür paylaşımlara aldanmasın. Həmin şəxslərlə bağlı aidiyyəti qurumlara da məlumat verilib. Onlar barəsində hüquqi müstəvidə ölçü götürüləcək”.

***

Bir neçə gün əvvəl Bakıda, Şağan Olimpiya Kompleksində baş verən qətl hadisəsi cəmiyyətdə geniş səs-küyə səbəb olub. 

Manset.az Azxeber.com-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Ruslan Səfixanovun Tural Rüstəmovu qətlə yetirməsi görüntüləri isə cəmiyyətdə ciddi etirazlara və qəzəbə səbəb olub. 

Hadisənin sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilməsi dələduzlar üçün yeni “gəlir qapısı” açıb. 

Bir qrup dələduz hadisədən təsirlənən sosial şəbəkə istifadəçilərinə mərhum Tural Rüstəmovun bacısı adı ilə yazaraq onlardan maddi yardımlar istəyir. Dələduzlar Turalın ailəsinin imkanı olmadığını və bunun üçün yardımlar topladıqlarını bildirirlər. 

Həmin ismarıclardan birini təqdim edirik: 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin