DİN bu şəxslərlə bağlı əhaliyə müraciət etdi - FOTO

14:34 - 29 Noyabr 2022

DİN bu şəxslərlə bağlı əhaliyə müraciət etdi - FOTO

Bakıda polisin keçirdiyi əməliyyatlar nəticəsində avtobuslarda və əhalinin sıx olduğu ticarət müəssisələrində cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

 

Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Rüfət Əliyev və Rəşid Ağayev tutularaq istintaqa təqdim ediliblər. Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonunda müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda 40-a yaxın sərnişinin pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə və “102” Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.

Aşkar edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.

 



Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin