<

Rusiyanın Ukraynadakı müharibədə SON itkiləri

14:23 - 29 Noyabr 2022

Rusiyanın Ukraynadakı müharibədə SON itkiləri

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 88 380 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 911 tank, 5 866 zirehli maşın, 1 555 operativ-taktiki PUA, 1 901 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 209 hava hücumundan müdafiə sistemi, 280 təyyarə, 16 gəmi, 261 helikopter, 531 qanadlı raket, 4 423 avtomobil və tanker, 163 xüsusi texnikadan ibarətdir.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin