<

16 yaşlı idmançının qətli Milli Məclisdə müzakirə edildi

14:03 - 29 Noyabr 2022

16 yaşlı idmançının qətli Milli Məclisdə müzakirə edildi

“Təəssüflər olsun ki, gənclər arasında kriminallığa maraq artmaqdadır”.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Naqif Həmzəyev bildirib.

“Sosial şəbəkələrdə bu cür videoçarxlar yayılır. Ötən gün gənc bir uşağın qətlə yetirilməsi bizi çox üzdü. İdmançının, gələcəyi olan bir gəncin öldürülməsi bizi üzdü. Düşünürəm ki, bununla bağlı orta məktəblərdə gənclər arasında maarifləndirmə və təbliğat işlərini artırmalıyıq. Biz də çalışmalıyıq ki, bu cür halların qarşısını alaq”, - deyə deputat qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Şağan Olimpiya Kompleksində 2002-ci il təvəllüdlü Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü idmançı Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin