<

Ali Məhkəmə mədəniyyət nazirinin sabiq müavini barədə QƏRAR VERDİ

13:04 - 29 Noyabr 2022

Ali Məhkəmə mədəniyyət nazirinin sabiq müavini barədə QƏRAR VERDİ

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

 

Manset.az Report-a istinadla xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Rafiq Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin