"Rusiya sülhməramlıları Putinə hörmətsizlik edir" - Siyavuş Novruzov

12:40 - 29 Noyabr 2022

\"Rusiya sülhməramlıları Putinə hörmətsizlik edir\" - Siyavuş Novruzov

“Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti Azərbaycan toponimlərinin adlarını erməni adı ilə təqdim edir”. 

 

Manset.az xəbər verir ki, bunu parlamentin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. 

O bildirib ki, Rusiya sülhməramlıları Rusiya Prezidenti Vladimir Putinin imzasına hörmətsizlik nümayiş etdirir. 

“10 Noyabr Bəyanatının altına imza atanlardan biri də Rusiya prezidentidir. Sülhməramlılar Rusiya prezidentinə də hörmətsizlik edirlər”, - deyə o əlavə edib. 

O bildirib ki, Milli Məclisin Regional məsələlər komitəsi Rusiya Dumasının müvafiq komitəsinə etiraz edəcək. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az